Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 03:08

Aprelin 24-də Əfqanıstan prezidenti müdafiə nazirinin və baş qərargah rəisinin istefasını qəbul edib. Bu istefalar ötən həftə «Taliban» yaraqlılarının hərbi bazalardan birinə hücumundan sonra azı 100 əsgərin həlak olmasından sonra baş verir.

Müdafiə naziri Abdullah Habibi və Ordunun baş qərargah rəisi Qadam Shah Shahim-in istefaları dərhal qəbul olunub. Məlumatı prezident idarəsi Twitter səhifəsində yerləşdirib.

Ashraf Ghani-nin sözçüsü Shah Hussain Murtazawi deyib ki, istefalara aprelin 21-də baş verən hücumlar səbəb olub.

Həmin gün Məzari-Şərif şəhərindəki bazaya əfqan ordusunun uniformasını geyinmiş talibançılar daxil olub, baza içindəki məsciddən qayıdan əsgərlərə atəş açıb.

Bəzi yerli rəsmilər ölü sayının 130 olduğunu, Müdafiə Nazirliyi isə 100 nəfərin öldüyünü bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG