Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 17:05

Keçmiş müstəntiqin kassasiya şikayətinə cavab verilmir


Həbs olunmamışdan az öncə Rüfət Səfərovun Azadlıq Radiosuna dedikləri
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

Həbs olunmamışdan az öncə Rüfət Səfərovun Azadlıq Radiosuna dedikləri

«Rüfət Səfərovun saxlandığı 9 saylı cəzaçəkmə müəssisəsində indi elə bir problemi yoxdur. Hazırda xarici dil öyrənir. Mütaliə ilə məşğuldur».

Bunu AzadlıqRadiosuna R.Səfərovun vəkili Bəhruz Bayramlı bildirib.

Vəkilin bildirməsinə görə, artıq bir sıra problemlər geridə qalıb: «R.Səfərov bu ilin yanvarında cəzaçəkmə müəssisəsinə göndərilib. Yanvar və mart aylarında «kars»a salınıb, təxribatla üz-üzə qalıb. Amma indilikdə hər şey öz yolunda gedir».

Vəkil deyir ki, R.Səfərovun həbsindən Ali Məhkəməyə artıq iki aydır ki, kassasiya şikayəti veriblər.«Amma, hələlik, məhkəmənin təyin olunması və vaxtı barədə mənə cavab verilməyib», - deyə vəkil bildirib.

XATIRLATMA

Rüfət Səfərov 2015-ci il dekabrın 20-də bəyanat yayaraq, Zərdab rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. O, bəyanatında hakimiyyəti hüquq-mühafizə orqanlarının işinə görə tənqid edib. Ardınca R.Səfərov saxlanıb və təkrar rüşvət ittihamı ilə Binəqədi rayon Məhkəməsində hakim önünə çıxarılıb. Məhkəmə onun haqqında üçaylıq həbs-qətimkan tədbiri seçib. Ötən il yanvarın 22-də həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Baş Prokurorluq yanında Baş Korrupsiya İdarəsi istintaq apararaq, R.Səfərovu rüşvət almaqda təqsirləndirib.

Lənkəran Ağır Cinayət İşləri üzrə Məhkəməsi 2016-cı ilin sentyabrında ona 9 il həbs cəzası kəsib və keçmiş müstəntiq elə məhkəmə zalındaca həbs olunub.

R.Səfərov özünü təqsirli bilmir, ölkədə insan haqlarının durumuna etiraz edib prokurorluqdan istefa verdiyinə görə cəzalandırıldığını bildirir.

R.Səfərovun atası Eldar Sabiroğlu vaxtilə hakim Yeni Azərbaycan Partiyasından deputat və daha sonra Müdafiə Nazirlinin mətbuat xidmətinin rəhbəri olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG