Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 12:45

Şimali Koreya daha bir ABŞ vətəndaşını saxlayıb və bununla da bu ölkədə həbs olunmuş amerikalıların sayı 3-ə çatıb.

Pxenyan Elm və Texnologiya Universitetinin rektoru Park Chan-mo deyib ki, Koreyada Kim Sang-duk kimi tanınan amerikalı Tony Kim aprelin 22-də saxlanıb.

58 yaşlı Kim-in Pxenyan beynəlxalq aeroportunda ölkəni tərk etməyə hazırlaşarkən saxlandığı bildirilir. O, həyat yoldaşıyla Çinə uçurmuş.

Kim bir ay idi universitetdə dərs deyirdi.

Pxenyandakı İsveç səfirliyi aprelin 23-də bildirib ki, Koreya-Amerika vətəndaşının saxlandığından xəbərdardır. Səfirlik əlavə informasiya verməyib. Bu səfirlik Birləşmiş Ştatların konsulluq işlərinə də baxır, çünki iki ölkənin diplomatik münasibətləri yoxdur.

Dövlət Departamenti məsələdən xəbərdar olduğunu bildirsə də, əlavə şərhdən imtina edib.

Hazırda Vaşinqtonla Pxenyan arasında Şimali Koreyanın nüvə və raket proqramları ucbatından gərginik yaşanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG