Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Litvaya rəsmi səfər edib. Bu barədə aprelin 24-ü Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Xəbərə görə, səfər çərçivəsində o, Litva xarici işlər naziri Linas Linkevičius və digər rəsmi şəxslərlə görüşməlidir.
E.Məmmədyarov ötən həftə isə Malta və İtaliyada səfərlərdə olmuşdu. Həmin səfərlərdə bir sıra ikitərəfli və regional məsələlər müzakirə edilmişdi.