Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:04

Tillerson Poroshenko-ya Rusiya səfərindən danışıb


Rex Tillerson

Rusiyanın Ukraynanın şərqindəki fəaliyyəti ABŞ-Rusiya münasibətlərinin inkişafına əngəl olaraq qalır. Bunu ABŞ-ın dövlət katibi Rex Tillerson aprelin 23-də Ukrayna prezidenti Petro Poroshenko-ya telefon zəngində deyib.

Dövlət Departamentinin sözçüsü Mark Toner deyib ki, zəngdə məqsəd Ukrayna liderini 11-12 aprel Moskva səfəri barədə bilgiləndirmək olub. Tillerson həmin səfər zamanı rusiyalı həmkarı Sergei Lavrov və Rusiya prezidenti Vladimir Putin-lə görüşüb.

Toner-in sözlərinə görə, Tillerson Rusiya rəhbərliyinə belə bir mesaj verib ki, Birləşmiş Ştatlar Rusiyayla əlaqələrin inkişafında maraqlı olsa da, Rusiyanın Ukraynanın şərqindəki fəaliyyəti bunu əngəlləyir.

Poroshenko ATƏT-in monitorinq missiyasının ABŞ-dan olan üzvünün ölümünə görə Tillerson-a başsağlığı verib. Missiya üzvünün olduğu maşın Ukraynanın şərqində, rusiyapərəst separatçıların nəzarətində olan ərazidə minaya düşüb, daha iki nəfər yaralanıb.

«Bu faciəvi insident bütün tərəflərə, özəlliklə də rusiyapərəst separatçılara Minsk razılaşmaları çərçivəsində öhdəliklərinin icrasının vacibliyini göstərir», – Toner-in sözlərinə görə, Tillerson və Poroshenko belə bir qənaətə gəliblər.

Aprelin 23-də ABŞ Dövlət Departamenti ATƏT-in monitorinq missiyası üzvünün ölümündən «sarsıldığını» bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG