Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:35

Azərbaycanda çörək istehsalı kəskin azalıb


Foto arxiv
Foto arxiv

Bu ilin birinci rübündə Azərbaycanda 13 min 755 ton çörək və çörək-bulka məmulatı istehsal olunub. Bir il əvvəlki dövrlə müqayisədə istehsal 2 min 192 ton - 13,8 faiz geriləyib. Dövlət Statistika Komitəsinin məlumatında o da deyilir ki, bu göstəricilərə kiçik sahibkarlıq subyektlərinin fəaliyyəti daxil deyil.

Orta ölçülü çörəkbişirmə zavodlarında istehsalın azalması bu ilin martına düşür. İlin ilk 2 ayında bu zavodlar 9 min tondan çox – 2016-cı ildəkindən 1 100 çox çörək istehsal edib sata bilmişdilər. DSK-nın sənaye istehsalına dair rüblük hesabatının təhlili göstərir ki, martda çörək istehsalı (4 min 714 ton) bir il əvvəllə müqayisədə təxminən 2 dəfə azalıb.

Kiçik təndirxanaların işi artıb

Çörəklə bərabər buğda unu istehsalı da azalıb. Yanvar-mart aylarında dəyirmanlarda 64,8 min ton – keçən ildəkindən 7,5 faiz az un üyüdülüb.

Foto arxiv
Foto arxiv

Bununla belə, Dövlət Statistika Komitəsi evində çörək bişirənləri və sahibkarlıqla məşğul olan fiziki şəxsləri də nəzərə almaqla, bu ilin əvvəlindən bəri ölkədə 192,6 min ton çörək və çörək-bulka məmulatının istehsal olunduğunu açıqlayıb. Bu, 2016-cı illə müqayisədə 1,1 faiz çoxdur.

Gücü 300 min ton olan zavodlar tikilib

Sahibkarlığa Kömək Milli Fondunun məlumatına görə, son bir neçə ildə güzəştli kreditlər hesabına illik istehsal gücü 298 min ton olan 27 çörək istehsalı müəssisəsi qurulub. Təkcə 2015-ci ildə gündəlik istehsal gücü 43.6 ton olan 4 çörək zavodunun tikintisi maliyyələşdirilib.

İri çörək zavodları ilə yanaşı, ölkədə, özəlliklə, Bakıda çoxlu kiçik təndirxanalar açılıb.

Təndir çörəyi
Təndir çörəyi

Burada çörək ənənəvi çörəkdən baha satılsa da, müştəri həmişə çox olur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG