Keçid linkləri

Təcili xəbərlər
2018, 28 May, Bazar ertəsi, Bakı vaxtı 01:26

Aprelin 22-si “Neftçi” futbol klubunun paytaxtın “Bakcell-Arena” stadionu ərazisində yerləşən muzeyinin açılış mərasimi keçirilib.

Bu hadisə Bakıda ən yaşlı futbol klubunun yaradılmasının 80 illiyinə həsr olunub.

Mərasimdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasınınrəhbərliyi, “Neftçi” veteranları, futbol ictimaiyyətinin nümayəndələri vəfutbol üzrə yığma komandasının baş məşqçisi Robert Prosineçki iştirak edib.

Muzeyin ekspozisiyasına klubun tarixi ilə bağlı fotoşəkillər və eksponatlar daxildir. “Neftçi”nin SSRİ çempionatında bürünc medal qazandığı 1966-cı ilə həsr olunmuş stend də orada yer alır. Elə buradaca bu uğuru təmin edənheyət haqqında məlumat var.

Muzeyə giriş qiyməti 2 AZN-dir. 7 yaşdan kiçik uşaqlara giriş pulsuzdur.

“Neftçi” Azərbaycanın ilk futbol klubudur. Klub 1937-ci ildə yaranıb.

O zaman SSRİ Neft Sənayesi Nazirliyi Neftçilərin Həmkarlar İttifaqının nəzdində könüllü idman cəmiyyəti və futbol komandası yaradılması haqqında qərar verib.

O vaxtlar “Neftçi” «Neftyanik» Könüllü İdman Cəmiyyəti adlanırdı.

“Neftçi” 1966-cı ildə SSRİ çempionatında bürünc medal qazanıb. Azərbaycan müstəqillik qazandıqdan sonra isə 8 dəfə ölkə çempionu olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG