Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 21:41

Beynəlxalq Buker mükafatının qısa siyahısı açıqlandı


2013-cü ildə Beynəlxalq Buker mükafatının sahibi Yeni Zellandiyalı yazıçı Eleanor Catton.

Londonda beynəlxalq ədəbiyyat mükafatı olan Beynəlxalq Bukerin ("The Man Booker International Prize -2017"-nin) qısa siyahısını elan edilib. Bu haqda mükafatın saytında məlumat verilib.

Qısa siyahıda ümumən altı yazıçı var, onlar Fransa, Norveç, Danimarka, Argentina yazıçılarıdır, siyahıda həmçinin iki İsrail yazıçısı da var.

Mükafat uğrunda yazıçılar Mathias Enard, David Grossman, Roy Jacobsen, Dorthe Nors, Amos Oz, Samanta Schweblin mübarizə aparır.

Buna da bax: "Man Booker" irqçilikdən yazan amerika yazıçısına verildi​

Beynəlxalq Buker mükafatının əsas sahibi isə iyunun 14-də elan ediləcək. Bundan əlavə qısa siyahıya düşən hər bir yazıçı 1000 Britaniya funtu (təqribən 1200 dollar) mükfaat veriləcək. Mükafatın sahibi isə 50 min funt sterlinq (təqribən 64 min dollar) miqdarında mükafat alacaq. Bütün mükafalar yazıçı və onun tərcüməçisi arasında bölünəcək, çünki Beynəlxalq Buker mükafatının münsifləri əsərləri ancaq ingiliscə qəbul edir.

Beynəlxalq Buker mükafatı 2005-ci ildənv erilir. Əsəri ingiliscə tərcümə olunmuş və geniş oxucu kütləsinə çatmış istənilən yazıçı mükafat uğrunda mübarizəyə qatıla bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG