Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 23:57

Aprelin 22-si Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 7-9, gündüz 14-18, Bakıda gecə 7-9, gündüz 15-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da ciddi yağıntı gözlənilmir. Gecə 5-10, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti təxmin edilir.

Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, aprelin 22-dən 25-ə kimi hava küləkli olacaq. Aprelin 24-də bir sıra rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG