Keçid linkləri

2017, 23 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 01:09

Bakıda yeni 12 çimərliyin yaradılması gözlənilir


Bu gün, aprelin 21-i mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çimərlik turizmi mövzusunda toplantı keçirib.

Toplantıda «Azərbaycanda çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı»nın icrası müzakirə edilib

Tədbirə bir sıra nazirlik, komitə və bəzi səhmdar cəmiyyətlərin təmsilçiləri qatılıblar.

Nazir deyib ki, ölkədəki mövcud çimərliklərin bəziləri standartlara cavab vermir.

Ə.Qarayev vurğulayıb ki, çimərlik turizmi ilə bağlı standartlar hazırlanaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunub: «Tədbirlər Planının icrası çərçivəsində cari ildə çimərlik mövsümünün açılışına qədər Bakıda 6 özəl, 6 ictimai çimərliklərin yaradılması planlaşdırılır. Bundan başqa, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərliklərin yaradılması nəzərdə tutulur».

Günün bütün mövzuları

XS
SM
MD
LG