Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:27

“Azərbaycan-İtaliya əlaqələri strateji xarakter daşıyır. Bu 2014-cü ildə qəbul edilmiş Birgə Bəyannamədə əksini tapıb”.

İtaliyada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov bu gün, aprelin 20-si bu ölkənin iqtisadi inkişaf naziri Carlo Calenda ilə görüşündə belə deyib.

Buna da bax:​ E. Məmmədyarovun Malta görüşləri

Görüşlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi xəbər yayıb.

Xəbərə görə, görüşdə Azərbaycan-İtaliya münasibətlərinin səviyyəsindən və müxtəlif sahələr üzrə hərtərəfli əməkdaşlıqdan məmnunluq ifadə edilib.

E.Məmmədyarov İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu, siyasi, iqtisadi, enerji, neft-kimya, nəqliyyat, turizm və humanitar sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.

C.Calenda isə deyib ki, İtaliya şirkətləri Azərbaycanda, xüsusən enerji sektorunda uğurlu fəaliyyət göstərir.

Buna da bax: E.Məmmədyarov Sven Mikser-lə görüşüb

Görüşdə Cənubi Qaz Dəhlizi layihəsinin də gündəmdə olduğu bildirilir.

Cənub Qaz Dəhlizi layihəsi İtaliyadan keçməlidir. Bu layihə Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.

E. Məmmədyarov aprelin 17-də Maltaya, ardınca da İtaliyaya səfər edib. Maltanın baş naziri Joseph Muscat, xarici işlər naziri George Vella, parlamentin spikeri Anglou Farruca və prezident Marie-Louise Coleiro Preca ilə görüşüb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG