Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 15:52

Polşada rəsmi səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov estoniyalı həmkarı Sven Mikser ilə görüşüb.

Xəbəri Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yayıb.

Görüşdə Azərbaycan və Estoniya arasında ikitərəfli münasibətlərin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Xəbərdə qeyd edildiyinə görə, S.Mikser Estoniyanın Azərbaycanın Avropa Birliyi ilə əlaqələrinin inkişaf etdirilməsini dəstəklədiyini bildirib.

E.Məmmədyarov isə həmkarını Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırıb.

Görüşdə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə də bağlı fikir mübadiləsi aparıldığı bildirilir.

Xarici işlər naziri Elmar Məmmədyarov . aprelin 10-u Polşaya gedib. O, aprelin 11-də Varşavada Polşa xarici işlər nazirləri Witold Waszczykowski ilə də görüşüb.

Bu səfər çərçivəsində E.Məmmədyarov bu gün, aprelin 12-də Varşavada keçirilən Vışeqrad qrupu və «Şərq Tərəfdaşlığı» ölkələrinin xarici işlər nazirlərinin iclasında da iştirak etməlidir.

Vışeqrad qrupu Çexiya Respublikası, Macarıstan, Polşa və Slovakiyanın 2004-cü ildə yaratdığı qurumdur.

«Şərq Tərəfdaşlığı» Proqramına isə 6 ölkə-Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG