Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 04:55

'İnflyasiyanı inhisarçılıq və korrupsiya gücləndirir'


Azər Mehdiyev

«Azərbaycanda yüksək inflyasiyanın səbəblərindən biri korrupsiya və inhisarçılıqdır».

İqtisadçı Azər Mehdiyev ölkədəki inflyasiyanın durumu ilə bağlı son açıqlanmış rəsmi bilgiləri dəyərləndirərkən belə deyib.

Ekspert ölkədə müəyyən qrup mallarla bağlı monopoliyanın olduğunu bildirir.

«Kimsə banan və quru meyvə, digəri mobil telefon, kompüter, dərman idxalına nəzarət edir. Bu malların qiymətini onlar müəyyən edirlər. İnhisarçılar və oliqarxlar tikinti, emal, xidmət sahəsində də öz şərtlərini diktə edirlər».

Ekspert yüksək inflyasiyanın həm də iqtisadi durğunluğun göstəricisi olduğunu söyləyib.

«İkirəqəmli inflyasiya onu göstərir ki, iqtisadiyyatda durğunluq var. Böhran bank sistemi və real iqtisadiyyatı tamamilə cənginə alıb», - deyə Mehdiyev bildirib.

Onun deməsinə görə, inzibati korrupsiya da xüsusi vurğulanmalıdır.

XATIRLATMA

Dövlət Statistika Komitəsinin açıqladığı son rəsmi bilgilərə görə, Azərbaycanda ilin birinci rübündə inflyasiya ötən ilin eyni dövrünə nisbətən 13.2 faiz təşkil edib.

Hesabata görə, martda istehlak malları və xidmət tarifləri fevrala nisbətən 1.6, yanvara nisbətən 2.3 faiz artıb. O cümlədən, ərzaq 3.1, qeyri-ərzaq malları 0.6, pullu xidmətlər 0.5 faiz bahalanıb.

Ekspertlər inflyasiyaya təkan verən digər amillər kimi milli valyutanın zəifləməsini, ərzağın mühüm hissəsinin idxal olunmasını, ərzaq və qeyri-ərzaq malları üzrə gömrük rüsumlarının artırılmasını göstərirlər.

2017-ci ilin dövlət büdcəsində inflyasiya 7.3 faiz proqnozlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG