Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 23:33

“Azadlıq” qəzetinin həbsdə olan maliyyə direktoru, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi Faiq Əmirli barəsində cinayət işinin istintaqı baş çatıb.

Bu haqda AzadlıqRadiosu-na bu gün, aprelin 19-da onunla 1 saylı Bakı İstintaq təcridxanasında görüşən vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Vəkilin bildirdiyinə görə, F.Əmirli cinayət işinin materialları ilə tanış olub.

Buna da bax:​ 'Azadlıq' qəzetinin iddiası təmin edilməyib

“Gələn həftə materiallar vəkillərə də təqdim ediləcək. Bizim tanış olmamızdan sonra materiallara məhkəməyə göndəriləcək ”, deyən vəkil materialların detalları haqda məlumatlı olmadıqlarını bildirib.

F.Mehdiyev F.Əmirlinin səhhətindəki problemlərin, hələ də qaldığını, onun yeni dərmanlar istədiyini bildirib. F.Əmirlinin mədə və qara ciyərində ağrılar olduğu deyilir.

Xatırlatma

Faiq Əmirli ötən il avqustun 20-də saxlanıb.

Buna da bax: Faiq Əmirliyə yeni ittihamlar irəli sürülüb

O, əvvəlcə CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilirdi. Bu maddələrə görə, 5 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bir neçə gün əvvəl isə məlum olmuşdu ki, istintaq Faiq Əmirliyə yeni ittihamlar irəli sürüb. Yeni ittihamlar Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə) üzrədir. Cinayət Məcəlləsi yeni ittihamlar üzrə 8 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

İstintaq orqanları F.Əmirlini hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edirdi.

Buna da bax:​ Vəkil: 'Faiq Əmirlinin yeri dəyişdirilməlidir'

AXCP isə Faiq Əmirlinin həbsini siyasi sifariş sayır.

Türkiyədə hakimiyyət çevrilişinə cəhddə ittiham edilən F.Gülen de ona ittihamları qəbul etmir.

Faiq Əmirlinin həbsindən sonra “Azadlıq” qəzetinin çapı da dayanıb. Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağırılıb ifadələri alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG