Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 22:30

İranda qadın namizəd antisemitizmdən danışdı


Azam Taleghani

İranda prezidentliyə namizədliyini vermiş Azam Taleghani aprelin 18-də ölkəsində bəzi siyasətçilərin antisemit ritorikasını pisləyib, bunun ölkənin imicinə zərbə vurduğunu deyib.

«Sionist (İsrail) hökumətinin tənqidi ilə yəhudilərin təhqirini fərqləndirməliyik», – Taleghani deyib. O, 19 may prezident seçkisinə namizədliyini vermiş 137 qadından ən çox tanınmışıdır.

72 yaşlı Taleghani Tehranda çıxış edib, deyib ki, Holokostun inkarı bilgisizliyin nəticəsidir: «Mən Auşvitz konsentrasiya düşərgəsində olmuşam və o zaman necə bir cinayətin, humanitar faciənin baş verdiyini anlamışam», – siyasi islahatçı kimi tanınan Taleghani deyib. O, daha öncə də iki dəfə prezidentliyə namizədliyini verib, amma Mühafizlər Şurası tərəfindən rədd olunub.

Bu dəfə də qadın namizədlərin sənədlərinin qəbul olunmayacağı gözlənilir.

Taleghani İslam İnqilabı Qadınlar Cəmiyyətinin baş katibidir və 1980-ci ildə İran parlamentinə seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG