Keçid linkləri

2017, 23 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 01:08

Yaranın durumunu izləyən və həkimə lazımi məlumatları verən ağıllı sarğı hazırlanır.

Suonsi (Swansea) Universitetinin tədqiqatçıları bu yeniliyi 12 ay içərisində sınaqdan keçirməyi planlaşdırırlar.

Sarğılar 3D printerlə çap ediləcək və yaranı izləyəcək miniatür sensorlarla təchiz ediləcək. Bu sensorlardan verilən bilgiləri ötürmək üçün 5G-dən istifadə olunacaq.

Sarğı xəstənin smartfonu ilə əlaqələndiriləcək və digər sağlıq problemlərini də yoxlamağa imkan verəcək.

Yeniliyin tətbiqi həkimə imkan verəcək ki, xəstənin bərpa müddətini izləyib hər xəstəyə vəziyyətindən asılı olaraq fərqli müalicə təyin etsin. Yarada iltihab olanda, ağıllı sarğı rəngini dəyişəcək.

Mütəxəssislər nə qədər iddialı olsalar da, bu sarğının gerçəkləşdirilməsi zaman ala bilər. Bunun üçün əvvəlcə 5G şəbəkəsinin qurulması tamamlanmalı, nanotexnologiyalar sahəsində ekspertlər sarğı üçün sensorlar üzərində işi başa çatdırmalıdırlar.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG