Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:42

"Ötən illərə baxanda ixrac artmaylb"


Xurma məhsulu, Şəmkir
Xurma məhsulu, Şəmkir

Azərbaycan prezidenti İlham Əiyev kənd təsərrüfatı mallarının ixracından danışanda ən çox gəlir gətirən meyvə-tərəvəzi sadalayıb- fındıq, pomidor, xurma.... Bunların hamısı Azərbaycana pambıqdan daha çox pul gətirir.

Bu məhsulları Azərbaycan hansı bazara satır? İxracı artırmaq mümkündürmü? Azərbaycan Avropaya kənd təsərrüfatı məhsulları çıxara bilərmi? Məhsullar Avropa standartlarına cavab verirmi? Avropa və dünya bazarına çıxmağa Azərbaycana nə mane olur?

Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov deyir ki, ixracı artan kənd təsərrüfatı məhsullarının əksəriyyəti ölkəyə idxal olunur. Ekspertin fikrincə Azərbaycanın ixracı da idxaldan asılı vəziyyətdədir.

Vahid Məhərrəmovun sözlərinə görə Azərbaycan özünün ərzaq məhsullarına olan tələbatının 50 faizini idxalın hesabına ödəyir. Eksperrt deyir ki, Azərbaycanın ölkəyə idxal etdiyi məhsulların bəzilərini emal edərək Rusiyaya, Orta Asiya və Ərəb ölkələrinə ixrac edir.

Onun sözlərinə görə Azərbaycan hələ də Avropa standartlarına uyğun kənd təsərrüfatı məhsulu istehsal edə bilmədiyi üçün həmin ölkələrə ixrac edə bilmir. Ekspert bildirir ki, əslində ötən illərə baxdıqda görmək olar ki, ixrac artmayıb.

Vahid Məhərrəmov: "keçən illərə baxanda ixrac artmayıb"
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00
Direct-ə keçid

İqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, Azərbaycanın əsas ixracat istiqaməti MDB ölkələridir. Onun sözlərinə görə xarici ticarət dövriyyəsinə nəzər saldıqda görmək olur ki, qeyri-neft sektorunda məhsulların həcminin böyük bir hissəsi Rusiyaya ixrac olunur.

Ekspert deyir ki, ötən ilə bəzi kənd təsərrüfatı məhsullarının ixracında artım olub. Amma Natiq Cəfərli qeyd edir ki, Rusiya və Türkiyə arasındakı yaranan gərgin münasibətlərə görə Türkiyə məhsulları Azərbaycan üzərindən ixrac olunmağa başladı. Onun sözlərinə görə belə hallar da rəsmi rəqəmlərdə əksini tapdığından ixrac məhsullarının artımına təsir edib. Natiq Cəfərli deyir ki, əslində bütün ölkə adına götürdükdə ixracat rəqəmləri olduqca kiçik rəqəmlərdir.

Natiq Cəfərov: "Türkiyə məhsulları Azərbaycan üzərindən ixrac olunmağa başladı..."
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00
Direct-ə keçid

Keçmiş maliyyə naziri Fikrət Yusifov isə deyir ki, ixracı hədəfləmək yaxın və gələcək perspektivlə bağlı olan məsələdir. Onun sözlərinə görə bu gün Azərbaycan üçün ən əlverişli və yaxın bazar MDB ölkələrinin bazarlarıdır.

Fikrət Yusifov bildirir ki, Avropa və digər Asiya ölkələrinin bazarlarına çıxmaq orta və uzaq hədəflərdəndir. Ekspert bu istiqamətdə götürülən kursu doğru hesab edir. Fikrət Yusifov bildirir ki, artıq ölkədə istehsal artır və artacaq. Onun sözlərinə görə getdikcə bu istehsal daxili tələbatı ödəməklə yanaşı ixracı da artıracaq.

Fikrət Yusifov: "İstehsal artanda..."
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00
Direct-ə keçid

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG