Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 05:52

Aprelin 18-i Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1.7025 səviyyəsində formalaşıb.

Bu gün, aprelin 18-i rəsmi məzənnəyə görə, bir dollar 1.7026 manata bərabər olmuşdu.

Son valyuta hərraclarında, bir qayda olaraq, manat dollara nisbətən çox cüzi dəyər qazanır.

Bəzi müstəqil iqtisadçılar isə düşünür ki, ölkədə manatın məzənnəsinin möhkəmlənməsindən ötrü iqtisadi əsaslar yoxdur. Onlar hesab edirlər ki, əslində, manatın məzənnəsi inzibati yolla formalaşdırılır.

İqtisadçılar vurğulayırlar ki, manat möhkəmlənsə də, qiymətlərin yüksəlməsi elə məzənnənin inzibati əsaslarla formalaşdırılmasının göstəricisidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG