Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 19:30

Atəşkəslə bağlı 18 aprel açıqlaması


Qarabağda Azərbaycan əsgəri

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəsi 119 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan, İcevan rayonlarından Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Qızılhacılı, Cəfərli, Berd rayonundan da Tovuz rayonunun Ağbulaq, Koxanəbi və Muncuqlu kəndləri atəşə tutulub.

Bundan başqa, Krasnoselsk rayonundan isə Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqelərinin vurulduğu açıqlanıb.

Nazirlik bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Qaraqaşlı, Yusifcanlı, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Veysəlli kəndləri yaxınlığında, Göygöl və Goranboy rayonları istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG