Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 07:16

2017-сi ildə ölkə əhalisinin sayı 13 min 686 nəfər artıb. Hazırda Azərbaycan əhalisinin sayı 9 milyon 823 min 667 nəfərdir.

Bu haqda Dövlət Statistika Komitəsinin (DSK) demoqrafik durumla bağlı açıqladığı məlumatda bildirilir.

DSK-nın bildirdiyinə görə, əhalinin ümumi sayının 53 faizi şəhərdə, 47 faizi isə kəndlərdə yaşayır.

Əhalinin 49.9 faizi kişilərdən, 50.1 faizi isə qadınların ibarətdir. DSK qeyd edir ki, hazırda hər 1000 kişiyə orta hesabla 1006 qadın düşür.

Yeni doğulan körpələrin statistikası ilə bağlı məlumatlarda isə bu göstəricinin xeyli dəyişdiyi görünür. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47.3 faiz təşkil edir. Yəni, hər yeni doğulan 100 qıza 112 oğlan düşür.

Günün bütün mövzuları

XS
SM
MD
LG