Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 00:22

Aprelin 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti və Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda Qafqazşünasların Birinci Beynəlxalq Forumu başlayıb.

Rusiya, Türkiyə, ABŞ, Böyük Britaniya, İsrail, İran, Qazaxıstan, Özbəkistan, Ukrayna və Gürcüstandan 175 alim və tədqiqatçının Foruma qatıldığı bildirilir.

AZƏRTAC-ın xəbərinə görə, AMEA-nın prezidenti Akif Əlizadə tədbirdə çıxış edərək, tarixdə ilk dəfə keçirilən bu Forumun əhəmiyyətindən danışıb.

Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadə dövlət başçısı İlham Əliyevin toplantı iştirakçılarına təbrik məktubunu oxuyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG