Aprelin 17-də Yevlax rayonunda Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə qeyri-neft ixracatçılarının müşavirəsi keçirilir.
AZƏRTAC xəbər verir ki, dövlət başçısı müşavirədə çıxış edib.
Hələlik, çıxışlar yayılmayıb.
Prezident aprelin 17-si müşavirədən öncə Aran Regional İnkişaf Mərkəzinin foyesində təşkil edilmiş ixracyönümlü qeyri-neft məhsullarının sərgisi ilə tanış olmuşdu.
Dövlət başçısı aprelin 16-da Yevlax rayonuna səfər edib. O, həmin gün Varvara SES-in yenidənqurmadan sonra işi ilə tanış olmuş və bir sıra yolların açılışına qatılmışdı.