Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:37

Aprelin 16-da Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılacaq.

Bu barədə Təhsil Nazirliyinin mətbuat xidməti xəbər verir.

Məlumata görə qiymətləndirmə 5 gün davam edəcək.

Diaqnostik qiymətləndirmədə 10 min nəfərdən çox müəllimin iştirak etməlidir. İmtahanlar Bərdədəki Olimpiya İdman Kompleksində keçiriləcək.

Mətbuat xidməti bildirir ki, qiymətləndirmədə iştirak edəcək müəllimlər detallarla bağlı nazirliyin saytından məlumat əldə edə bilərlər. Hər hansı uyğunsuzluq aşkar etdikləri təqdirdə yerli təhsiliorqanlarına müraciət etsinlər.

Bu ilin aprel-may aylarında 26 şəhər və rayonunun dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsi planlaşdırılır.

Xatırlatma

Nazirlər Kabinetinin qərarına əsasən, dövlət ümumtəhsil müəssisələrində çalışan, diaqnostik qiymətləndirmədən keçən müəllimlərə təhsildən və stajdan asılı olaraq, 18 saat dərsi yükü olmaqla 350 manatdan 450 manat qədər əməkhaqqı müəyyənləşdirilib.

Hökumət 2017-ci ildəbilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaq müəllimlərin maaşını artırmağı planlaşdırır.

2017-ci ilin dövlət büdcəsinə görə, bu il diaqnostik qiymətləndirmə yolu ilə Naxçıvanda və ölkənin daha 26 bölgəsində müəllimlərin maaş artımına 80 milyon manat sərf olunacağı deyilir Tətbiq olunan mexanizmdə həftəlik dərs yükünün 12 saatdan 16 saata (33 faiz) çatdırılması, əməkhaqqının 2 dəfə artırılması nəzərdə tutulur.

Qalan 26 rayondakı müəllimlər isə 2018-ci ili gözləməlidir.

Bu prosesdə bir xeyli müəllimin də işini itirdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG