Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 12:36

Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırovla birlikdə mühakimə olunanlardan Cabbar Cabbarovun qardaşı Əliəsgər Cabbarov da həbs olunub.

Rəsmi məlumata görə, Əliəsgər Cabbarovu əməliyyat məlumatı əsasında Sabunçu Rayon Polis İdarəsinin 42-ci bölməsinin əməkdaşları saxlayıb. İddia olunur ki, Cabbarovların həyətindəki tikilidən lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş "Karabin" markalı tüfəng, 1 ədəd "RQD-5" qumbarası və 1 süngü-bıçaq götürülüb.

Buna da bax:​ 'Nardaran məhbusu'nun işgəncə iddiası rədd edilib

“TAMAMİLƏ YALANDI”

Əliəsgər Cabbarova CM-nin 228-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham irəli sürülüb.

Cabbarovun yaxınları isə ittihamın yalan olduğunu bildirirlər. Onlar hesab edir ki, bu, Cabbar Cabbarovun məhkəmədəki sərt çıxışlarına görə alınan qisas, həmçinin Nardaran sakinlərinə qarşı repressiyaların tərkib hissəsidir.

"Hələ məhkəmə gedən dövrdə Əliəsgəri izləyirdilər, fəhlə işləyirdi, ora da getmişdilər. İzlənilən adam evində silah saxlayar? Tamamilə yalandı", – yaxınları bildirib.

Buna da bax: Ana oğlunu bir həftədir tapa bilmir

Cabbar Cabbarov məhkəmədə çıxışlarında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində məruz qaldığı işgəncələrdən, orada birinci vitse-prezidentin ünvanına nalayiq ifadələr işlədilməsindən danışırdı.

2015-ci il noyabrın 26-da Nardaran əməliyyatı zamanı həbs olunan Cabbar Cabbarova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 19 il həbs cəzası verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG