Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 03:43

'Nardaran məhbusu'nun işgəncə iddiası rədd edilib


"Nardaran işi" məhkəməsi qarşısında.

Bu gün, martın 14-də Bakı Apellyasiya Məhkəməsi Nardaran olaylarına görə, həbs olunanlardan Rasim Cəbrayılovun işgəncə iddiası üzrə cinayət işi açılmamasından verilən şikayətə baxıb.

Bu haqda AzadlıqRadiosu-na R.Cəbrayılovun sözügedən iş üzrə vəkili Zibeydə Sadıqova məlumat verib.

İş materiallarına görə, R.Cəbrayılovun işgəncə iddiasına öncə Baş Prokurorluq baxıb. Baş Prokurorun birinci müavini Rüstəm Usubov 2016-cı ilin noyabrında onun işgəncəyə, qeyri-insani və insan ləyaqətini alçaldan rəftara məruz qalması iddiası üzrə cinayət işinin açılmasından imtina qərarı verib.

Buna da bax:​ 'Nardaran məhbusu'nun işgəncə iddiası rədd edilib

Həmin qərardan verilən şikayəti isə Səbail rayon Məhkəməsi bu ilin fevral ayında rədd edib.

Bakı Apellyasiya Məhkəməsinə verilən şikayətdə aşağı məhkəmənin qərarının ləğv edilməsi istənilirdi.

Z.Sadıqovanın bildirdiyinə görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyov verdikləri bir neçə vəsatəti və şikayəti təmin etməyib.

Müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcək.

Buna da bax:​ Elçin Qasımov hakimə: 'Cinayətkarın böyüyü elə sizsiniz!'

Xatırlatma

2015-ci il noyabrın 26-sı güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Həmin əməliyyatda iksi polis olmaqla, 6 nəfərin öldüyü bildirilir. Rəsmi bilgilərə görə, hazırda Nardaran olayları ilə bağlı 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında 87 nəfər göstərilir) şəxs həbsdədir.

Daha yüngül maddələrlə ittiham edilənlərə 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası verilib.

Qətl və ağır cinayətlərdə ittiham edilən18 nəfərlik qrupun üzvlərinə isə uzunmüddətli cəzalar kəsilib.

Rasim Cəbrayılov 17 il azadlıqdan məhrum edilib.

Buna da bax:​ 'Müsəlman Birliyi'nin 6 tərəfdarının şikayəti rədd edilib

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və Abbas Hüseynov 20 il həbs cəzası alıb. Cabbar Cabbarov 19 il, Zakir Mustafayev, Abbas Tağızadə, Abbas Quliyev, Aqil İsmayılov, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Əsgərov, Əli Nuriyev, Cahad Babakişizadə, Şamil Abduləliyev, Əlibala Vəliyev və Fərhad Balayevin hər biri 14 il 6 ay azadlıqdan məhrum edilib. Həbs olunarkən yetkinlik yaşına çatmamış Ramin Yarıyev və Nardaran olayları ilə əlaqədar “Facebook” sosial şəbəkəsində yazdığı statuslara görə həbs olunan Fuad Qəhrəmanlıya isə 10 il həbs cəzası verilib.

Hər biri 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi isə davam edir. Onlar da silahlı iğtişaş və başqa ağır cinayətlərdə ittiham edilirlər. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini bildirirlər.

Buna da bax: 'Nardaran işi-3': 'Bandotdel'də iki Mehman söhbəti

Daxili İşlər Nazirliyi (DİN) isə onların dediklərini təkzib edib. Üstəlik, məhkəmədə ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dindarlara tutulanda və ondan sonra işgəncə verilməsi ilə bağlı deyilənləri də yalanlayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG