Keçid linkləri

2017, 20 İyul, Cümə axşamı, Bakı vaxtı 19:13

Azərbaycan 1 milyard dollarlıq 10 'Boeing' alır


Sənədi "Silk Way Holding"-in prezidenti Zaur Axundov və "Boeing" şirkətinin baş vitse-prezidenti Marti Bentrott imzalayıb.

Bu gün, aprelin 14-də "​Silk Way Airlines" aviaşirkəti və Amerikanın "Boeing" aerokosmik korporasiyası 10 Boeing-737 MAX sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalayıb.

Müqavilənin ümumi məbləği təxminən 1 milyard dollar təşkil edir.

Sənədi "Silk Way Holding"-in prezidenti Zaur Axundov və "Boeing" şirkətinin baş vitse-prezidenti Marti Bentrott imzalayıb. İmzalama mərasmində "AZAL"-ın prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta da iştirak edib.

Buna da bax:​ AZALJet Moskvadan Azərbaycanın regionlarına yeni reyslər açır

ABŞ-ın İxrac-idxal bankı (Ex-Imbank) ilə ilkin müzakirələr əsasında Azərbaycanın mülki aviasiyası tarixində ilk dəfə olaraq hava gəmilərinin alınmasına dair sazişin maliyyələşdirilməsi dövlət zəmanətləri olmadan həyata keçiriləcək.

Azərbaycana müasir Boeing-737 MAX hava gəmilərinin gətirilməsinə dair razılaşma ötən ilin yayında Böyük Britaniyada "Farnborough Airshow - 2016" Beynəlxalq aerokosmik salonu çərçivəsində əldə edilib.

İlk iki yeni nəsil təyyarə Azərbaycana 2018-ci ilə, qalanları isə 2020-ci ilin sonuna kimi gətiriləcək.

Buna da bax: 'Silk Way'in daşımaları xeyli artıb

"Silk Way Holding"in prezidenti Zaur Axundov jurnalistlərə bildirib ki, bu müqavilənin imzalanması ilə Azərbaycanın mülki aviasiyası öz inkişafının yeni mərhələsinə qədəm qoyur.

"Silk Way Airlines" "Boeing" istehsalı olan 10 yeni və müasir təyyarə alacaq. Biz bu təyyarələri əməliyyat və maliyyə lizinqi əsasında digər aviaşirkətlərə verməyi planlaşdırırıq. Bu layihə çox yaxşı perspektivə malikdir", - deyə Zaur Axundov qeyd edib.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta isə bunları deyib:

“Biz Azərbaycan şirkəti ilə bu sənədin imzalanmasında çox maraqlıyıq və əldə olunan razılaşmadan çox məmnunuq".

Buna da bax:​ Boeing İranla 3 milyard dollarlıq daha bir saziş imzaladı

O, həmçinin ölkəsinin Azərbaycanda yaradılan aşağı büdcəli BUTA AIRWAYS şirkəti ilə əməkdaşlığa hazır olduğunu deyib.

Azərbaycanın aldığı müasir təyyarələr 189 sərnişindən ötrü nəzərdə tutulub. Daha az yanacaq işlədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG