Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 13:28

AZALJet Moskvadan Azərbaycanın regionlarına yeni reyslər açır


AZAL

Martın 15-dən etibarən AZALJET brendi ("Azərbaycan Hava Yolları"-nın aşağı büdcəli brendi) altında Moskvanın "Vnukovo" hava limanından Gəncə və Qəbələyə müntəzəm reyslərin yerinə yetirilməsinə başlanılacaq.

Moskva-Gəncə reysləri hər həftənin çərşənbə və şənbə günləri, Moskva-Qəbələ reysləri isə hər həftənin cümə axşamı günləri Airbus A320 təyyarələri ilə yerinə yetiriləcək.

Buna da bax:​ 'Silk Way Airlines' daha bir Вoeing alır

Bu haqda AZAL-ın mətbuat xidməti məlumat verib.

“Vnukovo” Beynəlxalq Hava Limanından uçuş yerli vaxtla saat 15:10–da başlayacaq. Qəbələ Beynəlxalq Hava Limanına və Gəncə Beynəlxalq Hava Limanına enmə - saat 20:30-da olacaq.

Qəbələ və Gəncədən uçuş isə saat 20:30-da gerçəkləşəcək. "Vnukovo" Beynəlxalq Hava Limanına enmə yerli vaxtla saat 22:20-də həyata keçiriləcək.

Buna da bax: 'Silk Way'in daşımaları xeyli artıb

Aviabiletlərin qiymətləri bir istiqamətdə 49 avrodan başlayacaq. Baqajın daşınma qiyməti hər kiloqrama görə 2 avro təşkil edəcək.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG