Keçid linkləri

2017, 20 Avqust, bazar, Bakı vaxtı 11:44

Azərbaycan yeni növ PUA yaradır


«Azərbaycanda müdafiə təyinatlı məmulatların istehsalının həcmi 2016-cı ilin eyni dövrü ilə müqayisədə 11.9 faiz artıb».

Aprelin 14-də Müdafiə Sənayesi Nazirliyində keçirilən kollegiya iclasında nazir Yavər Camalov belə deyib. Qurumun mətbuat xidməti xəbər verir ki, toplantı 2017-ci ilin birinci rübünün yekunlarının müzakirəsinə həsr edilib.

Y.Camalov bildirib ki, istehsal olunan məhsulların 87 faizini müdafiə və xüsusi təyinatlı avadanlıq təşkil edib.

«Məhsulların 13 faizi mülki təyinatlı məmulatlara aiddir. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1200-ə çatdırılıb», - deyən Y.Camalovun bildirməsinə görə, hazırda nazirliyin müəssisələrində 136 adda müdafiə təyinatlı avadanlıqların yaradılması istiqamətində təcrübi-konstruktor işləri aparılır.

Toplantıda «Zərbə» pilotsuz uçuş aparatının (PUA) yeni növü olan «Zərbə-KH»in (kumulyativ başlıqlı) yaradılması istiqamətində intensiv işlərə başlanıldığı da xəbər verilib. Bu aparat hədəfi 100 kilometr məsafədə tam müəyyən edib, məhv etmək iqtidarında olmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG