Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Noyabr, bazar, Bakı vaxtı 18:23

Parklar icra hakimiyyətlərinə verilir


Bakıda park

Nazirlər Kabineti ölkə ərazisindəki mədəniyyət və istirahət parklarını yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verib.

Bu haqda qərar aprelin 13-də qəbul edilib.

Nazirlər Kabineti qərarın səbəblərini açıqlamır.

Qərarda söhbət Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan parklarından gedir.

Bakıda 6 belə park var – «Gülüstan», «Gənclik», «Neftçilər», R.Aboyev, S.Xasıyev və M.Şəhriyar adına parklar. Onların hamısı indiyədək özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərib.

Bundan bir qədər əvvəl isə bir sıra istirahət parkları bələdiyyə mülkiyyətinə verilib.

XS
SM
MD
LG