Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 18:00

Azərbaycanda məktəbəqədər təhsil şəbəkəsi genişlənəcək


Milli Məclis

Aprelin 14-də Azərbaycan parlamenti «Məktəbəqədər təhsil haqqında» qanun layihəsini qəbul edib.

Yeni qəbul edilmiş qanun 5 fəsildən, 25 maddədən ibarətdir. Qəbul edilməzdən əvvəl layihə əlaqəli dövlət qurumlarının baxışına verilib. Maliyyə, səhiyyə, təhsil, ədliyyə nazirlikləri layihəyə müsbət rəy bildirib.

Bu haqda Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.

Qanun məktəbəqədər təhsil müəssisələrinin çevrəsinin genişləndirilməsini nəzərdə tutur. Belə müəssisələr lisenziyaları müddətsiz əldə edə biləcəklər.

Bundan başqa, qanuna görə, Azərbaycan vətəndaşı olmayan şəxslər təhsil müəssisəsinə investisiya qoyuluşu edə biləcəklər. Ancaq onların təsisçi olmasına icazə verilmir.

Təhsil müəssisələrinin təsisçiləri yalnız dövlət, bələdiyyələr, yerli hüquqi şəxslər və Azərbaycan vətəndaşları ola bilərlər.

Bundan əvvəl, Milli Məclisin Elm və təhsil komitəsi «Məktəbəqədər təhsil haqqında» qanun layihəsinin Finlandiya və Estoniya təcrübəsindən istifadə olunmaqla hazırlandığını açıqlamışdı.

Amma qanun layihəsinin hazırlanmasında Azərbaycan reallıqlarının da nəzərə alındığı bildirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG