Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 12:37

Əfqanıstan rəsmiləri bildirirlər ki, Əfqanıstanın şərqində tunel kompleksinə zərbədə 36 «İslam Dövləti» (İŞİD) yaraqlısı öldürülüb. Bu, ABŞ ordusunun indiyədək döyüşdə istifadə etdiyi ən böyük qeyri-nüvə bombası olub.

Müdafiə Nazirliyi bəyanatında onu da bildirib ki, hücumda İŞİD-in bir neçə mağarası və sursat anbarı dağıdılıb.

Ölü sayını müstəqil təsdiqlətmək mümkün olmayıb. Amma nazirliyin sözçüsü Dawlat Waziri hücumda dinc sakinlərdən xəsarət alanın olmadığını söyləyib.

Aprelin 13-də ABŞ ordusu bildirib ki, Açin vilayətində İŞİD-in tunel kompleksinə 9.8 tonluq GBU-43/B bombası atılıb. Bu tunel Pakistanla sərhəddə yerləşir.

GBU-43/B «bombalar anası» kimi tanınır və 11 ton partlayıcı maddə buraxır.

Günün bütün mövzuları

XS
SM
MD
LG