Keçid linkləri

2017, 23 Sentyabr, şənbə, Bakı vaxtı 11:29

Rusiyalı atletlər yarışmalardan kənarda qalır


Yelena Isinbayeva

Rusiyalı atletlər, hələlik, qlobal yarışmalara qatıla bilməyəcək. Bundan ötrü Rusiyanın dopinq mədəniyyəti ilə bağlı ciddi irəliləyiş baş verməli, yetərli yoxlama rejimi tətbiq olunmalıdır. Bunu dünya atletika federasiyası aprelin 13-də açıqlayıb.

Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası, özəlliklə, Rusiyanın nüfuzu sarsılmış antidopinq agentliyinin başına Yelena Isinbayeva-nı gətirməsini tənqid edib.

Isinbayeva bir neçə dədə Ümumdünya Antidopinq Agentliyini tənqid edib, dopinq araşdırmalarını antirusiya planının bir hissəsi adlandırıb.

«Bu təyinatın Rusiya atletika mədəniyyətində arzulanan dəyişikliyə gətirəcəyini görmək çətindir», – federasiyanın Rusiya üzrə işçi qrupunun sədri Rune Andersen deyib.

İki qızıl medalçı Isinbayeva ötən il Rio olimpiadasından kənar qalıb. Ona qarşı dopinq ittihamı olmasa da, Rusiya komitəsinə bütünlükdə qadağa qoyulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG