Bu haqda İrlandiyada çıxan "Belfast Telegraph" qəzeti yazır
Müğənni Los-Angeles şəhərində erməni soyqırımından bəhs edən, baş rollarını Hollywood ulduzları Christian Bale və Oscar Isaac'ın oynadığı "Vəd" filminin premyerası zamanı çıxışında belə deyib.
Buna da bax: Erməni milyarderin çəkdirdiyi "genosid" filmi dünyaya göstərilir
Cher üzünü ABŞ və Britaniyaya tutaraq bildirib ki: "Biz azıq. Ermənistanın dənizə çıxışı yoxdur. Bizim neftimiz yoxdur. Bizim onlara verəcək heç nəyimiz yoxdur. Görəsən bunun qiyməti nə qədərdir (soyqırımı tanımağın)?"
Müğənnidən yeni ABŞ prezidenti Donald Truph'un erməni soyqırımını tanıyacağına inanıb-inanmadığını soruşanda o "yox" cavabı verib.
"Vəd" filminin premyerasında həmçinin erməni mənşəlli pornoulduz Kim Kardashian da iştirak edib. O da bir müddət öncə ABŞ-ı 1915-ci ildə ermənilərə qarşı baş vermiş faciəvi hadisələri soyqırım kimi tanımağa çağırmışdı.