Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:49

70-ci Kann film festivalının proqramında azərbaycanlı rejissorun da filmi var


70-ci Kann Film Festivalının rəsmi posteri.
70-ci Kann Film Festivalının rəsmi posteri.

Fransada keçirilən, dünyanın ən məşhur kinofestivalı olan Kann festivalının 70-cisi başlanır. Festivalın rəsmi saytında 2017-ci il üçün nümayiş ediləcək filmlərin proqramı artıq elan olunub.

Bu il festivalın əsas müsabiqə proqramına 19 film daxil olub. 19 film arasında türk rejissoru Fatih Akın'ın "Heç yerdən", rus rejissoru Andrey Zvyagintsev'in "Sevgi deyil" və ukrayna rejissoru Sergei Loznicha'nın "Mülayim" filmləri də var. Həmçinin festivalın qısa filmlər müsabiqəsi çərçivəsində Təbrizdən olan azərbaycanlı rejissorlar BəhramBəhmən Ərk qardaşlarının çəkdiyi "Heyvan" filmi də göstəriləcək.

Buna da bax: Təbrizli rejissor İranda azərbaycanca film çəkməyin önəmindən danışır

Bəhmən və Bəhram Ərk qardaşlarının çəkdiyi "Heyvan" qısametrajlı filminin posteri.
Bəhmən və Bəhram Ərk qardaşlarının çəkdiyi "Heyvan" qısametrajlı filminin posteri.

Festival mayın 17-si fransız rejissoru Arnaud Desplechin'in "İsmailin kabusu" filmi ilə açılacaq.

Festivalın əsas proqrammında aşağıdakı tammetrajlı filmlər göstəriləcək.

(BPM) Beats Per Minute (dir: Robin Campillo)
The Beguiled (dir: Sofia Coppola)
The Day After (dir: Hong Sang-soo)
A Gentle Creature (dir: Sergei Loznitsa)
Good Time (dirs: Benny & Josh Safdie)
Happy End (dir: Michael Haneke)
In the Fade (dir: Fatih Akin)
Jupiter’s Moon (dir: Kornél Mundruczó)
The Killing of a Sacred Deer (dir: Yorgos Lanthimos)
“L’amant double” (François Ozon)
Redoubtable (dir: Michel Hazanavicius)
Loveless (dir: Andrey Zvyagintsev)
The Meyerowitz Stories (dir: Noah Baumbach)
Okja (dir: Bong Joon-ho)
Radiance (dir: Naomi Kawase)
Rodin (Jacques Doillon)
Wonderstruck (dir: Todd Haynes)
You Were Never Really Here (dir: Lynne Ramsay)

Buna da bax: Qırğız və gürcü filmləri Berlinaledə. Azərbaycan yenə yoxdur...

Festivalda həmçinin Kiyoshi Kurosawa, Michel Franco Sergio Castellitto, Alejandro G. Iñárritu kimi tanınmış rejissorların da filmləri də göstəriləcək.

Festival mayın 17-dən 28-nə qədər davam edəcək. Bu ilki Kann fesivalının münsiflər heyyətinin rəhbəri ispan rejissoru Pedro Almodovardır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG