Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 10:10

“Flying Car 3.0” uçan avtomobilin təqdimatı olacaq.

Slovakiyanın “AeroMobil” şirkətinin buraxdığı avtomobil, aprelin 20-də eksklüziv supermaşınlar üçün Monakoda açılacaq sərgidə nümayiş etdiriləcək.

Bu barədə aprelin 13-də REGNUM agentliyi məlumat yayıb.

“Top Marques Monaco” sərgisində alıcılar və investorlar yerdə və havada hərəkət edə bilən avtomobili dəyərləndirə biləcəklər.​

Bu qeyri-adi nəqliyyat vasitəsinin konsepsiyası iki ildən çoxdur ki, hazırlanıb.

İlkin məlumata görə, “Aeromobil” artıq Slovakiyada akkreditasiya alıb.

Konstruktorların sözlərinə görə yeni avtomobil hibrid olduğundan ətraf mühitə adi maşından daha az ziyan vurur.

AeroMobil 3.0
AeroMobil 3.0

“AeroMobil” şirkəti artıq 2017-ci ildə sifariş qəbul etməyə başlayacaq, amma uçan avtomobilin dəqiq qiyməti hələ ki, bəlli deyil.

Potensial alıcılar üçün başqa suallar da doğacaq: “hansı ölkələrdə bu avtomobillərdən istifadə etmək mümkün olacaq və bunun üçün hansı icazə lazım olacaq.

Yəqin ki, bu suallara da Monako avtosalonunda cavab veriləcək.

Mənbənin bundan əvvəl verdiyi məlumata görə, uçan avtomobil həddən artıq yüngül materialdan hazırlanıb və 100 at gücündə olan Rotax 192 mühərriki ilə təhciz olunub.

Uçan avtomobil yerdə saatda 160 km, havada isə 200 km sürətlə hərəkət edə bilir.

Avtomobilin havaya qalxması üçün azı 310 metrlik açıq məkan lazımdır. Havada olanda 100 kilometrə 15 litr yanacaq istifadə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG