Aprelin 14-ü Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 7-10, gündüz 14-19, Bakıda gecə 8-10, gündüz 19-21 dərəcə isti olacaq.
Ölkənin bəzi, xüsusilə də qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə 3-8, gündüz 18-23 , dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti təxmin edilir.
Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, aprelin 14-dən 16-na kimi ölkənin əsasən şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir.