Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 14:49

Azərbaycan prezidenti İlham Əliyev aprelin 13-də Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Klitschko-nu qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə prezident İlham Əliyev deyib ki, iki ölkə arasında əməkdaşlıq və qarşılıqlı təcrübə baxımından yaxşı imkanlar var. Dövlət başçısı qeyd edib ki, qonaq Bakıda inşa olunan idman obyektləri ilə yaxından tanış ola bilər.

V.Klitschko da bildirib ki, onun bu səfəri Bakı ilə Kiyev arasında əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək.

Sonra V.Klitschko dünya şöhrətli boksçu Muhammad Ali-yə həsr olunmuş, üzərində M.Ali-nin şəxsi avtoqrafı olan məhdud nəşrli kitab-albomun bir nüsxəsini prezident İlham Əliyevə təqdim edib.

V.Klitschko-nun aprelin 14-nə kimi davam edəcək səfəri Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun dəvəti ilə baş tutub.

Səfərdən öncə V.Klitschko Azərbaycanla əlaqələrə böyük önəm verdiklərini ifadə edib.

«20 ilə yaxındır ki, Kiyev Bakı ilə qardaşlaşmış şəhərdir. Bakı infrastruktur layihələrin həyata keçirilməsi ilə bağlı önəmli addımlar atıb, bu sahədə yaxşı təcrübəyə sahibdir. Bununla bağlı təcrübə mübadiləsi bizə faydalı ola bilər», – deyə V.Klitschko səfər öncəsində bildirib.

Onun səfər proqramına yüksəksəviyyəli rəsmilərlə görüşlər, Fəxri Xiyaban və Dövlət Bayrağı Meydanına ziyarətlər daxildir.

V.Klitschko özü ağır çəkidə boks üzrə keçmiş dünya çempionudur.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG