Keçid linkləri

2017, 19 Avqust, şənbə, Bakı vaxtı 07:44

Bu gün, aprelin 13-ü Bakıda Azərbaycan və Rusiya arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbəti IV iclası öz işinə başlayıb.

Xəbəri Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yayıb.

Xəbərə görə, iclasda Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyasına aid olan məsələlər və görülmüş işlər ətrafında müzakirələr aparılır. Demarkasiya müəyyən ərazilərdə mübahisəli yerləri xüsusi işarələrlə ayırmaqdır.

İclasda «Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhəd xəttinin keçməsinin Təsviri-Protokolunun tərtib edilməsi qaydası haqqında Təlimat» layihəsinin razılaşdırılması və təsdiq edilməsi də nəzərdə tutulur.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edir.

Rusiya nümayəndə heyəti isə Xarici İşlər Nazirliyinin nümayəndəsi Vadim Postnov-un rəhbərliyi ilə Bakıya gəlib.

Birgə Komissiyanın iclasının aprelin 17-nə kimi davam edəcəyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG