Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 15:19

Polşada səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov aprelin 12-si Vışeqrad qrupu və «Şərq Tərəfdaşlığı» ölkələrinin xarici işlər nazirlərinin Varşava toplantısı çərçivəsində macarıstanlı həmkarı Péter Szijjártó ilə görüşüb.

Xəbəri Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yayıb.

Xəbərə görə, görüşdə ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri və mümkün əməkdaşlıq məsələləri barəsində fikir mübadiləsi aparılıb.

Xəbərdə qeyd edildiyinə görə, P.Szijjártó deyib ki, Macarıstan Azərbaycanın Avropa Birliyi ilə danışıqlarını dəstəkləyir.

XATIRLATMA

Xarici işlər naziri Elmar Məmmədyarov aprelin 10-u Polşaya gedib.

O, bu səfər çərçivəsində Polşa xarici işlər naziri Witold Waszczykowski və bir sıra rəsmilərlə görüşüb.

Dünən, aprelin 12-də isə Varşavada keçirilən Vışeqrad qrupu və «Şərq Tərəfdaşlığı» ölkələrinin xarici işlər nazirlərinin iclasına qatılıb.

Vışeqrad qrupu Çexiya Respublikası, Macarıstan, Polşa və Slovakiyanın 2004-cü ildə yaratdığı qurumdur.

«Şərq Tərəfdaşlığı» Proqramına isə 6 ölkə-Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxildir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG