Keçid linkləri

2017, 25 İyun, bazar, Bakı vaxtı 06:01

Londonda Çeçenistana dəstək aksiyası


Londonda Rusiyada anti-gey qanunlarına etiraz. 2014

Aprelin 12-də Londondakı Rusiya səfirliyi qarşısına yüzlərlə adam toplaşıb, Çeçenistanda geylərə qarşı iddia olunan işgəncə və qətl hallarına etiraz edib. Rusiya mediası və insan haqları qrupları Rusiyanın bu regionunda homoseksualların saxlandığını, «konsentrasiya düşərgələri»nə aparıldığını yazıb.

Həmin düşərgələrdə 100-dək adamın saxlandığı, azı, üçünün öldüyü bildirilir.

Londondakı etirazçılar göy qurşağı rəngli geyimdə olub, «düşərgələri bağlayın» şüarını səsləndiriblər.

Çeçenistanda homoseksuallara qarşı «qanunsuz repressiya»nın tam araşdırılmasına çağıran onlayn petisiyanı 70 minədək adam imzalayıb.

Çeçenistan rəhbəri Ramzan Kadyrov respublikada təqib olunacaq homoseksualın olmadığını deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG