Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 12:37

Bu gün, aprelin 12-də Bakıda IV Beynəlxalq «Caspian Energy Forum–2017» keçirilir.

Forum Azərbaycan hökumətinin və «Caspian European Club»un (Caspian Business Club) dəstəyi ilə təşkil edilib.

AZƏRTAC-ın xəbərinə görə, «Caspian European Club» və «Caspian American Club»un sədrinin birinci müavini Telman Əliyev deyib ki, tədbirin keçirilməsində əsas məqsəd biznes-dövlət ünsiyyətinin daha da möhkəmləndirilməsinə dəstək verməkdir.

«Bundan əvvəlki üç forum da Bakıda təşkil olunmuşdu. Belə forumlar dünyanın 50 ölkəsində keçiriləcək. Ümid edirik ki, bu forum da uğurlu olacaq», - deyə T.Əliyev bildirib.

Açılış mərasimində Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroš Šefčovič-in IV Beynəlxalq «Caspian Energy Forum-2017»nin iştirakçılarına videomüraciəti səsləndirilib.

Sonra forum öz işini sessiyalarla davam etdirib.

T.Əliyevin moderatorluğu ilə keçirilən birinci sessiyada Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev «Azərbaycan iqtisadiyyatında aparılan islahatlarda Dövlət Gömrük Komitəsinin rolu» mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, ötən il gömrük tarixində ciddi islahatlarla yadda qalıb. Görülən işlərə elektron bəyannaməyə keçid, «yaşıl dəhliz»in tətbiqi və s. işlər daxildir.

Forumda Xəzər-Qara dəniz və Baltik regionları ölkələrinin dünya enerji bazarlarına inteqrasiyasının bütün aspektləri müzakirə ediləcək.

Toplantıda Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionları ölkələrinin bir sıra təmsilçiləri iştirak edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG