Keçid linkləri

2017, 24 İyun, şənbə, Bakı vaxtı 07:40

'Rusiyanın Suriya hücumundakı rolu sübut olunmur'


Jim Mattis

Pentaqon Suriyada ötən həftəki kimyəvi hücumda Rusiyanın rolunu araşdırır. Amma indilik ortaya çıxan odur ki, bu hücumu Suriya hökuməti təşkil edib.

«Şəxsən özüm kəşfiyyat məlumatlarını gözdən keçirmişəm, Suriya rejiminin hücum qərarı və hücuma görə məsuliyyət daşımasına şübhə yoxdur», – müdafiə naziri Jim Mattis aprelin 11-də deyib.

Aprelin 4-də Xan-Şeyhuna kimyəvi qaz hücumunda 87 nəfər həlak olub.

ABŞ-ın bəzi rəsmiləri Rusiyanın bu hücumda əli olduğuna inanır və deyirlər ki, Suriya təyyarələrinin hücumu gerçəkləşdirdiyi ərazidəki hava bazasında Rusiyanın da qüvvələri var.

Ancaq Mattis söyləyir ki, Rusiyanın bu hücumda hər hansı roluna dair ABŞ-ın əlində sübut yoxdur.

«Bu hücumu Assad rejiminin planlaşdırdığı, həyata keçirdiyi aydındır, bundan savayı indilik heç nə deyə bilmərik», – Mattis bildirib. Müdafiə naziri həm də xəbərdarlıq edib ki, Suriya bir də kimyəvi silah işlətsə, bunun çox ağır bədəlini ödəyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG