Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 15:15

Aprelin 13-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2010-cu il parlament seçkiləri üzrə Azərbaycandan göndərilmiş daha 22 şikayət üzrə növbəti qərarlarını açıqlamalıdır.

Bunu AzadlıqRadiosuna hüquqşünas, keçmiş məhbus İntiqam Əliyev bildirib.

İ.Əliyev deyir ki, 2010-cu il parlament seçkiləri ilə bağlı indiyə kimi elan olunan qərarlar, əsasən, namizədlərin qeydiyyatından imtina şikayətləri ilə bağlı olub: «Bu dəfə söhbət seçki prosesi zamanı yol verilən pozuntulardan gedir».

İ.Əliyev bildirir ki, aprelin 13-də siyasətçilərdən İsa Qəmbərin, Əli Kərimlinin, Adil Qeybullanın, Pənah Hüseynin, Arzu Səmədbəylinin, Qiyas Sadıqovun, Leyla Mustafayevanın, Sitarə Zeynalovanın, Yaqub Babalının və Soltanəhməd Məlikovun şikayətləri ilə bağlı qərarlar açıqlanmalıdır.

Bundan başqa, həmin gün İlham Hüseynlinin, Sahib Kərimlinin, Salman İmanlının, Gözəl Bayramlının, Nemət Əliyevin, Nəriman Yəhyayevin, Bəxtiyar Hacıyevin, Tofiq Yaqublunun, Sərdar Məmmədovun, Arif Mansurovun və İkram İsrafilin şikayətləri üzrə qərarların da elan edilməsi gözlənilir.

Hüquqşünas vurğulayır ki, Avropa İnsan Hüquqları Məhkəməsi bu şikayətləri birləşdirərək, bir neçə iş üzrə qruplaşdırıb və qərarlar da qrup halında elan ediləcək: «Şikayətlərin hamısında Avropa Konvensiyanın 1 saylı Protokolunun 3-cü (azad seçki hüququ), bəzi şikayətlərdə həmçinin, Konvensiyanın 13 (səmərəli müdafiə vasitələrinə olan hüquq) və 14-cü (ayrı-seçkiliyə məruz qalmamaq hüququ) maddələrinin pozuntusu da qaldırılır».

Hüquqşünas bildirir ki, Avropa İnsan Hüquqları Məhkəməsi daha 10 şikayət üzrə əlavə olaraq Konvensiyanın 34-cü (fərdi şikayət hüququ) maddəsinin pozuntusuna qiymət verəcək: «Bu pozuntu 2014-cü ilin avqustunda mən həbs edilən zaman evimdən və ofisimdən AİHM-də apardığım işlər üzrə bütün sənədlərin, o cümlədən seçki şikayətləri üzrə materialların qanunsuz götürülməsi ilə bağlıdır».

Ötən həftə AİHM Azərbaycandan gələn şikayətlərdən 11-i ilə bağlı qərar verərək, hökuməti 82 min avro cərimələmişdi. Həmin şikayətlərdə isə sərbəst toplaşmaq azadlığının pozulmasından bəhs edilirdi

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG