Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 19:35

«Amnesty International» beynəlxalq insan haqları təşkilatı ötən il dünyada edamların sayının azaldığını bildirir. Bu, bir il öncəyə baxanda tarixi düşüş sayılır, əsas səbəbi də dünyada ən çox edamların gerçəkləşdirildiyi İran və Pakistanda azalmayla bağlıdır.

Amma qurum aprelin 11-də yaydığı hesabatda onu da bildirir ki, ötən onilliyə baxanda, 2016-cı ildə edamlar yenə çox olub.

Çin, Səudiyyə Ərəbistanı və İraq da edam sayına görə öndə gedir.

«Amnesty»nin təmsilçisi Chiara Sangiorgio AzadlıqRadiosuna deyib ki, bəzi ölkələr həyata keçirilən edamların sayını gizlədir. Məsələn, hesabatın açıqladığı rəqəmlərə Çində gerçəkləşdirilən minlərlə edam daxil deyil. Çünki bu ölkədə ölüm cəzası dövlət sirri kimi qorunur.

Hesabatda bildirilir ki, ötən il Çində minlərlə, amma 10 mindən və 2015-ci ildən az edamın həyata keçirildiyi güman olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG