Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 15:15

«The New York Times» qəzeti aprelin 10-da «Pulitzer» mükafatına layiq görülüb. Qəzet bu ali media mükafatını Rusiya prezidenti Vladimir Putin-in ölkəsinin dünyadakı hegemonluğunu gücləndirmək cəhdləri barədə «Rusiyanın qaranlıq incəsənəti» adlı məqalələr seriyasına görə alıb.

Həmin məqalələrdən sonra ABŞ kəşfiyyat agentlikləri Putin hökumətinin ABŞ-da prezident seçkisinə Donald Trump-ın xeyrinə təsir göstərməyə çalışması qənaətinə gəldi.

Qəzet məqalələrdə Putin-in dünyadakı məsələlərə nüfuz etməyə can atdığını, «texnikalar»dan yararlanaraq Rusiyanın gücünü artırmaq planları qurduğunu yazırdı. Bu texnikalara «qətl və onlayn qısnama, opponentlərinə qarşı dəlillər quraşdırmaq» daxildir.

Məqalələr seriyası bir il öncə başlanıb, onlayn «trollar ordusu»nu, dezinformasiyanın strateji səviyyədə yayılmasını, Rusiyanın 2016-cı il Amerika prezident seçkilərinə kiber-müdaxiləsini araşdırıb.

«The New York Times» 3 «Pulitzer»i birdən qazanıb – məqalə, təcili xəbər fotoqrafiyası və beynəlxalq xəbərləmə işinə görə.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG