Keçid linkləri

2017, 23 Aprel, bazar, Bakı vaxtı 13:55

ABŞ-ın Kaliforniya ştatının cənubunda San-Bernardino şəhərində ibtidai məktəbdə atışma olub, 3 nəfər ölüb, biri yaralanıb. Polis bu hadisənin «qətl intiharı» ola biləcəyini deyir.

Hadisə aprelin 10-da «Northpark» İbtidai Məktəbində baş verib.

Polis leytenantı Mike Madden-in sözlərinə görə, ölənlərdən bir qadının müəllimə, digərinin atışmanı törədən şübhəli olduğu güman olunur.

Məlumatlarda bildirilir ki, bir nəfər sinifdə atəş açıb, qadını öldürüb, iki uşağı isə yaralayıb. O, daha sonra özünü vurub. Yaralı şagirdlər xəstəxanaya aparılıb, biri keçinib.

San-Bernardinoda 2015-ci ilin dekabrında kütləvi qətl hadisəsi olmuşdu. Hadisəni törədən cütlüyün «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasından həvəsləndiyi söylənirdi. Həmin atışmada 14 nəfər ölmüş, 22 nəfər yaralanmışdı.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG