Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:40

Qızıl Orda günlərinin açılışı Musiqili Teatrda olacaq


Qazaxıstan, Qızıl Orda (Kyzylorda).
Qazaxıstan, Qızıl Orda (Kyzylorda).

“Qazaxıstan Respublikasının Qızıl Orda Vilayətinin Azərbaycanda keçiriləcək Mədəniyyət Günləri ölkələrimiz arasındakı diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr edilib”.

Dövlət Musiqili Teatrından AzadlıqRadiosu-na verilən xəbərə görə, bu sözləri teatrın direktoru Əliqismət Lalayev söyləyib.

Buna da bax:​ Türklərin əcdadları necə yaşayırdı. "Orda" filmi bu suala cavab axtarır

Onun sözlərinə görə, aprelin 12-dən 15-dək baş tutacaq mədəniyyət günlərində Bakı və Şəki şəhərlərində bir sıra mədəni tədbirlər keçiriləcək: “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və “TÜRKSOY” Beynəlxalq Təşkilatının dəstəyi ilə baş tutan Mədəniyyət Günləri çərçivəsində Orda Filarmoniyasının konserti, Qızıl Orda Vilayətinin N. Bekejanov adına Qazax Musiqili Dram Teatrının Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” komediyası əsasında hazırladığı “Getməyəcəksən! Vəssalam, getməyəcəksən...” tamaşası Azərbaycanlı tamaşaçılara təqdim olunacaq”.

Direktor əmindir ki, bu tədbirlər ölkələr arasında dostluq münasibətlərinin və mədəni əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynayacaq.

Buna da bax:​ Şopinq Festival başladı

Mədəniyyət Günlərinin açılış mərasimi aprelin 12-də saat 19.00-da Musiqili Teatrda olacaq.

Tədbirin rəsmi hissəsindən sonra Qızıl Orda Vilayətinin incəsənət ustaları konsert proqramı ilə çıxış edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG