Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 10:11

Misirdəki 2 Kopt kilsəsində partlayış törədilib, xeyli ölən var


Foto arxiv

Aprelin 9-da Misirin İsgəndəriyyə şəhərindəki Kopt kilsəsində törədilən ikinci parlayışda 11 nəfər ölüb,azı 36 nəfər yaralanıb.

Bununla bazar günü ölkədəki iki Kopt kilsələrində törədilən partlayışlarda ölənlərin sayı 36 nəfərə çatıb,100-ə yaxın adamsa yaralanıb.

Bundan bir qədər əvvəl-elə həmin gün Misirin Tanta (Nile Delta) şəhərindəki Kopt kilsəsində bomba partlayışı nəticəsində azı 25 nəfər ölüb, 60 adam adamsa yaralanıb.

Bu barədə AzadlıqRadiosu Reuters, CNN və digər mənbələrə istinadla xəbər verir.

Partlayışlara görə cavabdhliyi "İslam döbləti" qrupu üzərinə götürüb.

Təhlükəsizlik qüvvələri hadisə yerini mühasirəyə alıb, digər mümkün bombanın axtarışı gedir.

Qeyd edək ki, Kopt provoslav xristianları aprelin 9-da Pasxa bayramından qabaq sonuncu bazar gününü qeyd edirlər.

2016-cı ilin dekabrında Qahirədəki ən böyekt Kopt kilsəsində törədilən partlayışda 25 nəfər ölmüş,49 nəfət yaralanmışdı.

Koptların xristian icması Misir əhaləsinin 10 faizini təşkil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG