Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 09:53

Alexsander Lapshinin həbs müddəti uzadılıb


Alexander Lapshin

Aprelin 7-də Nəsimi rayon Məhkəməsi bloqqer Alexander Lapshin-in həbs müddətini 3 ay uzadıb.

Bu barədə AzadlıqRadiosu-na onun vəkili Eduard Çernin bildirib.

Onun sözlərinə görə, istintaq bunu əlavə tədbirlərinin həyata keçirilməsi zərurəti ilə əsaslandırıb. Müdafiə tərəfi “öz əsasları ilə etiraz edib”, deyə vəkil bildirib.

Buna da bax:​ Yeni vəkili A.Lapshin-lə görüşüb

Bu qərardan şikayət verilib-verilməyəcəyi barədə suala cavabda E. Çernin deyib ki, hələlik, bilmir. Çünki bunu A. Lapshinin özü ilə müzakirə etməlidir.

Vəkil deyib ki, A. Lapshin saxlanma şəraitindən və səhhətindən şikayət etməyib.

“Lapshinin yeganə şikayəti ondan ibarətdir ki, o, həbsdə olmaq istəmir”, - deyə vəkil qeyd edib.

Vəkilin sözlərinə görə, həbs müddəti iyulun 15-nə qədər uzadılıb.

Buna da bax: Ombudsman-ın nümayəndəsi Lapshin-lə görüşüb

Bununla belə, istintaq davam etdiyindən o, ətraflı şərh vermək istəməyib.

Rusiya, Ukrayna və İsrail vətəndaşı Alexsander Lapshin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər və ölkənin ərazi bütövlüyünə qarşı çağırışlar etdiyi ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilib.

O, 2016-cı ilin sonlarında Belarusda saxlanılıb, fevralın 7-də isə Azərbaycana ekstradisiya olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG