Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 00:30

Bu gün, fevralın 24-ü yeni vəkili Edward Chernin Azərbaycanda həbsdə olan bloqqer Alexander Lapshin-lə görüşüb.

APA-nın xəbərinə görə, vəkil A.Lapshin-in səhhətində hər hansı problem olmadığını və saxlanma şəraitindən şikayət etmədiyini söyləyib.

Yeni vəkili bloqqerin ailəsi tutub.

A.Lapshin ötən il dekabrın 15-də Minskdə Azərbaycanın tələbilə, hökumət əleyhinə çağırışlar və dövlət sərhədini qanunsuz keçmək ittihamı ilə saxlanıb. Belarus məhkəməsi onun Azərbaycana verilməsi ilə bağlı qərar çıxarıb.

Həmin qərar fevralın 7-si gecə icra edilib.

A.Lapshin hazırda Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılır. O, Ukrayna, Rusiya və İsrail vətəndaşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG